Ucarda avtomat satmaq istəyən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda avtomat satmaq istəyən şəxs tutulub

13:26 - Bu gün
Ucarda avtomat satmaq istəyən şəxs tutulub

Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər