Alıcı kimi gələn şəxs qızılları oğurlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Alıcı kimi gələn şəxs qızılları oğurlayıb

13:31 - Bu gün
Alıcı kimi gələn şəxs qızılları oğurlayıb

Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.

Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər