Ukraynada elektrik təchizatı tədricən bərpa olunur | 1news.az | Xəbərlər
Dünya

Ukraynada elektrik təchizatı tədricən bərpa olunur

17:31 - Bu gün
Ukraynada elektrik təchizatı tədricən bərpa olunur

Ukraynada səhər saatlarında baş verən sistem qəzasından sonra enerji sistemi tədricən bərpa olunur.

1news.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, elektrik təchizatının yaxın saatlarda tam bərpa olunması gözlənilir. Qeyd olunub ki, müxtəlif bölgələrdə enerji təchizatının bərpa müddəti fərqli ola bilər. Atom elektrik stansiyalarının bloklarının nominal gücə qədər mərhələli şəkildə yüklənməsi isə müəyyən vaxt tələb edir.

Nazirlik həmçinin bəzi bölgələrdə qəza xarakterli elektrik kəsintilərinin tətbiq edildiyini açıqlayıb.

“Güc çatışmazlığı çox yüksək olaraq qalır. Avadanlığın zədələnməsinin qarşısını almaq üçün fövqəladə kəsintilər zəruridir”, – məlumatda qeyd olunub.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər