Bakıda daha iki marşrutda müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha iki marşrutda müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Qafar Ağayev12:24 - Bu gün
Bakıda daha iki marşrutda müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər