Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib - FOTO

12:06 - Bu gün
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib - FOTO

Norm şirkətinin yerli tərəfdaş olduğu ICCX Academy Baku beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb.

200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının bir araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan beton mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.

Gün boyu davam edən konfransda beton texnologiyalarının tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaat materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının azaldılması strategiyaları diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin, Azərbaycanın müasir dəmir-beton konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub. Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanı Azərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar və gələcəkdə müasir həllərin tətbiqi imkanları üzrə fikir mübadiləsi aparılıb. Panel çərçivəsində suallara cavab verən Henning Sasse Norm-un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəki rolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dair şirkətin mövqeyini bildirib.

ICCX Academy Baku 2026 iştirakçılar tərəfindən maraqla qarşılanıb və sektor nümayəndələri arasında peşəkar əməkdaşlığı təşviq edib.

Norm 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Reklam hüququnda

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər