Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

09:25 - Bu gün
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,63 ABŞ dolları və ya 4,95% azalaraq 69,72 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər