Azərbaycan nefti cüzi ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

10:25 - Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,80% ucuzlaşaraq 72,20 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,78 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər