Gəncə Şəhər Prokurorluğunda qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə Şəhər Prokurorluğunda qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Qafar Ağayev10:10 - 03 / 02 / 2026
Gəncə Şəhər Prokurorluğunda qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan 1news.az-a verilən məlumata görə, ilkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, M. Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər