Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanılıb

15:42 - Bu gün
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanılıb

Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Bu barədə 1news.az-a baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər