Məleykə Abbaszadədən müəllimlərə müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadədən müəllimlərə müraciət

16:36 - Bu gün
Məleykə Abbaszadədən müəllimlərə müraciət

Pedaqoji ictimaiyyətə müraciət edib bizim proseslərə qoşulmasını istərdik.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində keçiriləcək imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, DİM müəllimlərin zal nəzarətçiliyinə maraq göstərməsini istəyir:

"Fürsətdən istifadə edib müəllimlərə müraciət etmək istərdim. Bizim proseslərə qoşula bilərlər. Pedaqoji təcrübəsi olan şəxslərin imtahanlarda ekspert müəllim, marker və zal nəzarətçisi olmasını daha çox istərdik. Hazırda 5000-dən çox ekspert müəllim, 3000-ə yaxın marker müəllimlərimiz var".

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər