Bakının Nərimanov rayonunun 2 küçəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nərimanov rayonunun 2 küçəsində qaz olmayacaq

Qafar Ağayev09:55 - Bu gün
Bakının Nərimanov rayonunun 2 küçəsində qaz olmayacaq

Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə 1news.az Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər