Güclü külək Bakıda 37 ağacı sındırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü külək Bakıda 37 ağacı sındırıb - FOTO

12:52 - Bu gün
Güclü külək Bakıda 37 ağacı sındırıb - FOTO

Axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.

Bu barədə 1news.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

"Dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir", - məlumatda qeyd olunub.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər