Türkiyədə dəhşətli zəlzələnin ildönümdə yenə zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə dəhşətli zəlzələnin ildönümdə yenə zəlzələ baş verib

Qafar Ağayev15:58 - Bu gün
Türkiyədə dəhşətli zəlzələnin ildönümdə yenə zəlzələ baş verib

Ərzincanın Kemah rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:16-da qeydə alınıb. Zəlzələnin ocağı yerin təxminən 4,52 kilometr dərinliyində yerləşib. Sarsıntı ətraf vilayətlərdə də hiss olunub.

Məlumata görə, hadisə Kahramanmaraş mərkəzli 6 fevral zəlzələlərinin üçüncü ildönümünə təsadüf edib.

Ərzincan valisi Hamza Aydoğdu zəlzələ ilə bağlı açıqlamasında bildirib ki, Kemahda baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində hər hansı can və mal itkisi qeydə alınmayıb.

“Allah xalqımızı, Ərzincanlı həmvətənlərimizi hər cür bəla və fəlakətdən qorusun. Ərzincana keçmiş olsun”, – deyə vali əlavə edib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 53 mindən çox insan dağıntılar altında qalaraq həlak olmuşdu.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər