ABŞ Suriyadakı hərbi qüvvələrini geri çəkir | 1news.az | Xəbərlər
Dünya

ABŞ Suriyadakı hərbi qüvvələrini geri çəkir

Qafar Ağayev10:13 - Bu gün
ABŞ Suriyadakı hərbi qüvvələrini geri çəkir

ABŞ, Suriyədə yerləşən təxminən min hərbçisini geri çəkmək qərarı verib.

1news.az xəbər verir ki, "Wall Street Journal" qəzetinə danışan yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, proses iki ay ərzində başa çatacaq. Bununla da, təxminən 10 ildir Suriyada mövcud olan Amerika hərbi varlığı böyük ölçüdə sona çatacaq.

Rəsmilərin sözlərinə görə, Suriya hökuməti ölkə daxilində terrorla mübarizədə liderliyi üzərinə götürüb və bu səbəbdən ABŞ-ın hərbi mövcudluğuna artıq ehtiyac qalmayıb. Bununla yanaşı, Vaşinqton bölgədəki təhdidlərə qarşı müdaxilə imkanlarını saxlayacağını vurğulayıb.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ hərbçiləri Suriyanın cənubundakı Əl-Tənəf qarnizonundan və şimal-şərqdəki Əl-Şəddadi bazasından da geri çəkilmişdi. Bu addımlar, 2024-cü ildə Əsəd rejiminin çökməsi və DEAŞ-ın zəifləməsindən sonra ölkədə təhlükəsizlik şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda atılıb.

Digər tərəfdən, Suriyadan geri çəkilmə qərarı ABŞ Prezidenti Donald Trampın İranla artan gərginlik şəraitində Yaxın Şərqdəki hərbi varlığı gücləndirdiyi bir dövrə təsadüf edir. Lakin WSJ qeyd edir ki, geri çəkilmə İranla bağlı mümkün hücumla əlaqəli deyil.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər