Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb - VİDEO

13:44 - Bu gün
Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlanıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər