2025-də gəmilərlə 130 min kubmetrdən çox dibdərinləşdirmə işi həyata keçirilib
ASCO-nun torpaqqazan gəmiləri ilə 2025-ci il ərzində Bakı buxtasında və Xəzər dənizinin müxtəlif akvatoriyalarında ümumilikdə 130 min kubmetrdən artıq dibdərinləşdirmə işi görülüb.
ASCO-dan 1news.az-a verilən məlumata görə, il ərzində “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında 80 min, Xəzər Dəniz Neft Donanmasının akvatoriyasında 20 min və Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 15 min kubmetr həcmində dibdərinləşdirmə işi həyata keçirib.
“Narva” torpaqsovuran gəmisi tərəfindən isə Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 22 min kubmetr həcmində dibdərinləşdirmə işi aparılıb.
Qeyd edək ki, bu cür işlər naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi şəkildə icra olunur.
65












