Rəşad Mustafayev: 7 ildə yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Mustafayev: 7 ildə yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata yüksəlib

Qafar Ağayev10:38 - Bu gün
Rəşad Mustafayev: 7 ildə yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata yüksəlib

“2018–2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata yüksəlib”.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O, bildirib ki, yeni artımla orta aylıq pensiya 593 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatır.
“Bu da 2018-ci illə müqayisədə orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada isə 2,7 dəfə artım deməkdir".

Nazir müavini bildirib ki, 2018-ci ildən ötən dövrdə Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan beş sosial islahat paketi nəticəsində pensiyalarda ciddi artımlar təmin edilib.

“Minimum pensiya 110 manatdan 320 manata çatdırılaraq 2,9 dəfə artırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə 7 milyard 993 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 2,3 dəfə artım deməkdir”.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər