İranın iki vilayətinə hava hücumları: 62 nəfər ölüb
İranın müxtəlif vilayətlərinə edilən hava hücumları nəticəsində ümumilikdə 62 nəfər həyatını itirib.
1news.az xəbər verir ki, APA-nın “Tasnim” agentliyinə istinadən yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətində son iki gün ərzində Təbriz, Sərab, Marağa və Şəbüstər şəhərlərinə edilən hücumlar zamanı 27 nəfər ölüb.
Bundan başqa, Fars vilayətinə edilən hava zərbələri nəticəsində daha 35 nəfərin həyatını itirdiyi bildirilir.
Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməyib.
57












