Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

15:44 - Bu gün
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, fevralın 10-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı və 10 tüfəng aşkar edib.

Bundan başqa, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər