Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi

16:53 - Bu gün
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər