“Azerbaijan Poultry Company” ilə Xəzər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azerbaijan Poultry Company” ilə Xəzər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanacaq - FOTO

17:38 - Bu gün
“Azerbaijan Poultry Company” ilə Xəzər Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanacaq - FOTO

Xəzər Universiteti ilə Mərcan məhsulları istehsalçısı “Azerbaijan Poultry Company” MMC arasında baytarlıq təhsili və elmi-tədqiqat sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq.

Memorandum tələbələrin istehsalat təcrübəsinin təşkili, elmi layihələrdə iştirak, internatura proqramlarının həyata keçirilməsi və maddi-texniki bazadan qarşılıqlı istifadə imkanlarını əhatə edir.

Layihə çərçivəsində Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının rəhbərliyi ilə fakültə dekanları Mərcan istehsal müəssisəsinə info tur edib, şirkətin İstehsalat üzrə direktor müavini Rüstəm Qasımovun bələdçiliyi ilə istehsal prosesləri və texnoloji imkanlarla tanış olublar.

“Azerbaijan Poultry Company” MMC-nin Marketinq şöbəsinin müdiri Günay Əkbərin sözlərinə görə, bu əməkdaşlıq baytarlıq sahəsində kadr potensialının inkişafına və elmi innovasiyaların sənayeyə inteqrasiyasına töhfə verəcək.

Reklam hüququnda

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər