Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

17:20 - Bu gün
Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

1news.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

15:52

Cəlilabadda qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
135

Son xəbərlər

Bütün xəbərlər