Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramından imtina edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramından imtina edib

16:34 - Bu gün
Ötən il 33 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramından imtina edib

Ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üzrə qalib seçilmiş namizədlərdən 33 nəfər müxtəlif səbəblərdən iştirakdan imtina edib.

1news.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. Onun sözlərinə görə, proqramdan imtina edən qaliblər kvotaya düşməyən, lakin əvvəlki seçim mərhələsində uğur qazanmış digər namizədlərlə əvəz olunublar.

Turan Topalova qeyd edib ki, imtina edən şəxslərə növbəti il sənəd qəbulunda yenidən müraciət edərək şanslarını sınamaq imkanı yaradılır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər