Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib - FOTO
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə 1news.az-a Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.
Qeyd olunub ki, ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunda gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.




59












