Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa çıxırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa çıxırlar

13:59 - Bu gün
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa çıxırlar

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli "Report"a deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər