Milli Məclisin 20 fevralda keçiriləcək iclasında 10 məsələ müzakirə olunacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin 20 fevralda keçiriləcək iclasında 10 məsələ müzakirə olunacaq - SİYAHI

Qafar Ağayev15:59 - Bu gün
Milli Məclisin 20 fevralda keçiriləcək iclasında 10 məsələ müzakirə olunacaq - SİYAHI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası fevralın 20-də keçiriləcək.

1news.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi

2. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

3. "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. "Uşaq hüquqları haqqında" qanun layihəsi (ikinci oxunuş)

5. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. "Kinematoqrafiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. "İnvestisiya fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

10. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər