Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Qafar Ağayev14:43 - Bu gün
Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

14:08

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

1news.az xəbər verir ki, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11:51

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Tarqovı" ərazisində binada yanğın başlayıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər