“İdrak” liseyində şagirdin güllələdiyi müəllim xəstəxanadan evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“İdrak” liseyində şagirdin güllələdiyi müəllim xəstəxanadan evə buraxılıb

Qafar Ağayev12:20 - Bu gün
“İdrak” liseyində şagirdin güllələdiyi müəllim xəstəxanadan evə buraxılıb

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

1news.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər