Ötən gün qanunsuz saxlanılan 11 tüfəng aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan 11 tüfəng aşkar edilib

Qafar Ağayev11:03 - Bu gün
Ötən gün qanunsuz saxlanılan 11 tüfəng aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi aşkar edərək götürüblər.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər