İdxal olunan şaftalı və nektarin tingində Şarka virusu aşkarlanıb - FOTO
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
1news.az xəbər verir ki, tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.
Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.
Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.




67












