Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq

Qafar Ağayev15:28 - Bu gün
Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq

Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb.

1news.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.

Bildirilib ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib.

Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.

İclasda həmçinin Komitənin qarşıdakı dövr üzrə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər