İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib

16:29 - Bu gün
İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib

İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Məhəmməd oğlu Feyzullayevlə vida mərasimi keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İsmayıllı rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.

F.Feyzullayev doğulduğu kənddə dəfn ediləcək.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər