Fransua Benedetti: Fransanın sistemi korsikalıların inkişafını əngəlləyən neokolonial siyasətdir
“Təhsil sahəsində korsikalılar, Fransanın təsiri altındakı digər xalqlar kimi, yalnız aşağı səviyyəli və əsasən icraedici vəzifələr üçün nəzərdə tutulan minimal təhsil alırdılar”.
1news.az xəbər verir, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxış edən Korsikanın "Nazione" müstəqillik hərəkatının üzvü Fransua Benedetti deyib.
O, bildirib ki, adanın hərbi yolla işğalından sonra korsikalıların yüksək vəzifələrə və geniş imkanlara çıxışı məqsədli şəkildə məhdudlaşdırılıb, halbuki ilhaq dövründə Korsika ümumi savadlılıq səviyyəsinə görə həmin dövrün Fransasından daha irəlidə idi.
“Fransanın tətbiq etdiyi bu sistem korsikalıların intellektual inkişafını və rəhbər vəzifələrdə təmsil olunmasını əngəlləməyə xidmət edən neokolonial siyasətin bir parçasıdır”.











