Daxili işlər naziri gənclərin sırasından seçim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri gənclərin sırasından seçim edib

Qafar Ağayev17:01 - Bu gün
Daxili işlər naziri gənclərin sırasından seçim edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 175 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər