Qohumunun evindən 9 min manat və qızıl oğurladı, polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohumunun evindən 9 min manat və qızıl oğurladı, polis saxladı

17:50 - Bu gün
Qohumunun evindən 9 min manat və qızıl oğurladı, polis saxladı

Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər