Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib

09:08 - Bu gün
Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər