Bakıda müstəmləkəçiliyə həsr olunmuş ilk qlobal rəqəmsal platforma – Virtual Muzey istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda müstəmləkəçiliyə həsr olunmuş ilk qlobal rəqəmsal platforma – Virtual Muzey istifadəyə verilib

Qafar Ağayev10:20 - Bu gün
Bakıda müstəmləkəçiliyə həsr olunmuş ilk qlobal rəqəmsal platforma – Virtual Muzey istifadəyə verilib

Bakıda müstəmləkəçiliyin fəsadları ilə bağlı geniş məlumat bazasına malik olacaq Virtual Muzeyin açılışı elan edilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov açıqlayıb.

İcraçı direktorun sözlərinə görə, Virtual Muzey müstəmləkəçiliyə həsr olunmuş dünyada ilk qlobal rəqəmsal platformadır. “Platforma bu sahədə ən etibarlı açıq resurslardan biri olacaq və aşağıdakı materialları interaktiv şəkildə təqdim edəcək:
* Arxiv sənədləri: Müstəmləkə dövrünün gizli qalan tarixi sənədləri;
* Hüquqi və tarixi faktlar: Müstəmləkəçiliyin fəsadlarını sübut edən rəsmi dəlillər;
* Foto və video materiallar: Dövrün real mənzərəsini əks etdirən vizual arxivlər”.

Abbas Abbasov vurğulayıb ki, platforma ingilis və fransız dillərində fəaliyyət göstərir.

“Bu resurs xüsusilə aşağıdakı peşə sahibləri üçün əvəzolunmaz rəqəmsal baza rolunu oynayacaq:
* Tədqiqatçılar və akademiklər;
* Ekspertlər və hüquqşünaslar;
* İctimai fəallar və tələbələr”.
Bakı Təşəbbüs Qrupunun qlobal dekolonizasiya prosesinə töhfəsi
Çıxışının sonunda A.Abbasov qeyd edib ki, Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya prosesinə mühüm töhfələr verməkdə davam edir.

“Virtual Muzeyin məzmunu mütəmadi olaraq yenilənəcək və genişləndiriləcək ki, bu da onun ən aktual rəqəmsal informasiya mənbəyi olaraq qalmasını təmin edəcək”.

Xatırladaq ki, tədbir çərçivəsində Bakı Təşəbbüs Qrupunun fəaliyyətini əks etdirən xüsusi videoçarx da nümayiş etdirilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər