Hişam Daud: Neokolonializm qorxu üzərində qurulub | 1news.az | Xəbərlər
Siyasət

Hişam Daud: Neokolonializm qorxu üzərində qurulub

Qafar Ağayev11:22 - Bu gün
Hişam Daud: Neokolonializm qorxu üzərində qurulub

“Neokolonializm qorxu üzərində qurulub və müstəmləkəçi ilə müstəmləkə halına salınmış xalqlar arasında asılılığı daha da möhkəmləndirməyə çalışır”.

1news.az xəbər verir, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxış edən Əlcəzairin Üç Universitetini təmsil edən fəlsəfə elmləri doktoru, antropoloq Hişam Daud deyib.
O, bildirib ki, müstəmləkəçilikdən azad olmağın yolu qorxunu dəf etməkdən, tarixi irsi yenidən qiymətləndirməkdən və kollektiv yaddaş vasitəsilə əsl kimliyi bərpa etməkdən keçir.
“Fransız müstəmləkə ideologiyası özünü 'ali irq' kimi təqdim edərək əlcəzairlilərə qarşı fiziki işgəncələr və ağır psixoloji travmalarla müşayiət olunan qəddar bir siyasət yürüdüb, onları öz vətənlərində hüquqsuz vəziyyətə salıb”.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər