Növbəti köç Ağdam şəhərində: mənzillərin açarları təqdim olundu - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç Ağdam şəhərində: mənzillərin açarları təqdim olundu - FOTO - YENİLƏNİB

14:40 - Bu gün
Növbəti köç Ağdam şəhərində: mənzillərin açarları təqdim olundu - FOTO - YENİLƏNİB

Fevralın 17-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə qayıdan 419 nəfərdən ibarət 120 ailəyə mənzillərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

09:31

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
185

Son xəbərlər

Bütün xəbərlər