Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - MƏBLƏĞ
Elektron siqaretlərin istifadəsinə görə cərimələr müəyyənləşdiriləcək.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.
Qanun təsdiqlənəcəyi təqdirdə, 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.












