“Şamaxinka”​​​​​​​da svetoforlar istifadəyə verildi, yolda dəyişikliklər qüvvəyə mindi - TƏFƏRRÜAT - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şamaxinka”​​​​​​​da svetoforlar istifadəyə verildi, yolda dəyişikliklər qüvvəyə mindi - TƏFƏRRÜAT - FOTO

Qafar Ağayev10:47 - Bu gün
“Şamaxinka”​​​​​​​da svetoforlar istifadəyə verildi, yolda dəyişikliklər qüvvəyə mindi - TƏFƏRRÜAT - FOTO

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq svetoforla tənzimlənir.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də “Şamaxinka” adlanan ərazidə yol hərəkətində dəyişikliklər qüvvəyə minməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Bu yolun paralel hissəsində əks istiqamətdə hərəkət etmək mümkündür.

Bununla həmin küçənin buraxıcılıq qabiliyyəti artırılıb.

Ərazidə işlər davam edir.

Sürücüləri yeni qaydalara diqqət etməyə çağırırıq.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər