Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib

12:29 - Bu gün
Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər