Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

12:42 - Bu gün
Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə 1news.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər