BMMT-nin Baş katibi Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

BMMT-nin Baş katibi Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib - VİDEO

14:17 - Bu gün
BMMT-nin Baş katibi Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib - VİDEO

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş katib bu il “Davamlı və dayanıqlı gələcək üçün ekoloji risklərin idarə olunması” mövzusunda qeyd olunan Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətinə diqqət çəkib, beynəlxalq ictimaiyyəti sabitlik, təhlükəsizlik və davamlı inkişaf naminə ekoloji risklərlə mübarizə aparmaqda səfərbər olmağa çağırıb.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər