Masallıda keçmiş məhkumdan 5 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda keçmiş məhkumdan 5 kq narkotik aşkarlanıb

13:07 - Bu gün
Masallıda keçmiş məhkumdan 5 kq narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın 1news.az-a verilən məlumata görə, tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər