Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

Qafar Ağayev16:00 - 06 / 03 / 2026
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, martın 15-də Naxçıvanda keçirilməsi planlaşdırılan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı aprelin 19-da təşkil olunacaq:

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər".

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər