XİN İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəy olan ölkə və təşkilatlara təşəkkür edilib | 1news.az | Xəbərlər
Siyasət

XİN İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəy olan ölkə və təşkilatlara təşəkkür edilib

Qafar Ağayev16:51 - 06 / 03 / 2026
XİN İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəy olan ölkə və təşkilatlara təşəkkür edilib

İranın Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk. Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - məlumatda qeyd olunub.

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər