Emin Əmrullayev Şuşada tədris prosesini izləyib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib - FOTO

Qafar Ağayev12:39 - Bu gün
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib - FOTO

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər