Azərbaycan nefti 13 dollara yaxın ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
1news.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 12.69 ABŞ dolları və ya 12.3% azalaraq 90.34 dollara çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 103.3 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
125











