İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

12:52 - Bu gün
İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 min 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ƏMDX-dən 1news.az-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 min 448-i (17,7 faiz) ilkin, 48 min 548-i (82,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 12 min 704, mənzil 13 min 865, torpaq sahəsi 30 min 313, qeyri-yaşayış binası 561, qeyri-yaşayış sahəsi 1452, əmlak kompleksi 85 və çoxmərtəbəli yaşayış binaları üzərində 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 min 604-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində 41 min 323 texniki pasport tərtib edilib, 10 min 4 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər